AZ EN RU

Sabahdan DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq

Martın 11-dən etibarən Dövlət İmtahan Mərkəzində imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

Bu barədə DİM-dən bildirilib.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, bu gün DİM respublikanın 33 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

Nəşr edilib : 10.03.2024 18:01