AZ EN RU

Sabaha olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikasında gözlənilən hava şəraiti açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən “Şərq qapısı”na verilən məlumata görə, 25 yanvar saat 21:00-dan 26 yanvar  saat 21:00-dək Naxçıvan Muxtar Respublikası ərazisində əsasən yağmursuz, lakin bəzi dağlıq ərazilərdə yağıntılı, duman olacağı gözlənilir. 
Saniyədə 5-10 m/san sürətlə qərb küləyi əsəcək, arabir güclənəcək. 
Havanın temperaturu gecə -1-6 ° şaxta , bəzi yerlərdə 12°-dək şaxta, gündüz -3+2° isti olacaq.

Nəşr edilib : 25.01.2024 12:46