AZ EN RU

Sabah Türkiyədə “Naxçıvan fotolarda” adlı fotosərginin açılışı olacaq

Sərgidə “Şərq qapısı” qəzetinin fotoları yer alacaq

Martın 16-da Türkiyə Cümhuriyyətinin İğdır şəhərində “Şərq qapısı” qəzetinin “Naxçıvan fotolarda” adlı fotosərgisi açılacaq. 
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan fotosərgi Türkiyə Cümhuriyyəti Naxçıvan Baş konsulluğu, “Şərq qapısı” qəzeti və İğdır Azərbaycan Evi tərəfindən təşkil olunub. 
Sərgidə qəzetin fotomüxbirləri Əli Xudiyev, Əsəd Səfərov və Zülfüqar Qurbanlının Naxçıvanı tərənnüm edən fotoları yer alacaq.
Sərgiyə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin əməkdaşı daxil olmaqla, Naxçıvandan 14 nəfərlik nümayəndə heyəti qatılacaq. Sərgidə İğdır valisi, Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulu, hökumət və media nümayəndələri iştirak edəcək. 
Sərgi 3 gün davam edəcək.

Nəşr edilib : 15.03.2024 16:22