AZ EN RU

Sabah Türkiyə hökuməti İsveçin NATO-ya üzvlüyünü müzakirə edəcək

Oktyabrın 31-də Türkiyə Nazirlər Kabinetinin iclası keçiriləcək.

Toplantı Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutacaq.

İclasda Yaxın Şərqdəki durum, o cümlədən İsraillə HƏMAS arasında davam edən müharibə müzakirə olunacaq. Həmçinin, İsveçin NATO-ya üzvlüyü barədə fikir mübadiləsi aparılacaq.

Hökumət üzvləri gündəlikdəki digər məsələləri, o cümlədən inflyasiyanı da müzakirə edəcəklər.

Nəşr edilib : 30.10.2023 19:25