AZ EN RU

R.Z.Ələkbərlinin Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Rahid Zahid oğlu Ələkbərli Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin.

2. Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Rahid Zahid oğlu Ələkbərliyə həvalə edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Anar İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini

Naxçıvan şəhəri, 31 oktyabr 2023-cü il

Nəşr edilib : 01.11.2023 16:41