AZ EN RU

R.Z.Ələkbərlinin Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar nazirinin müavini təyin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin              II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Rahid Zahid oğlu Ələkbərli Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar nazirinin müavini təyin edilsin.

2. Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar nazirinin müavini Rahid Zahid oğlu Ələkbərliyə həvalə edilsin.

 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 Naxçıvan Muxtar Respublikası

 Ali Məclisi sədrinin birinci müavini

AZƏR ZEYNALOV

         Naxçıvan şəhəri, 08 sentyabr 2023-cü il

Nəşr edilib : 08.09.2023 17:57