AZ EN RU

Rusiyalı turist: Naxçıvan gözlədiyimdən də artıq məni təəccübləndirdi

Artıq yaz turizm mövsümü başlımışdır və muxtar respublikamıza yerli və əcnəbi turistlərin axını da artmaqdadır. Naxçıvanda fəaliyyət göstərən Naxçıvantravel şirkətnin xətti ilə bu gözəl aprel günlərində Rusiyanın İjevsk şəhərindən yurdumuza səfər etmiş xanım turist Aygül Qorkova ilə redaksiyamızın qarşısındakıDədə Qorqud Meydanında  həmsöhbət olub təəssüratlarını öyrəndik.

 Qonaq  deyir ki o artıq  səkkiz  gündür Azərbaycandadır. Ölkəmizin paytaxtında və digər bölgələrdə olmuş, görməli yerlərə baş çəkmişdir. Əslində, bu səyahətini məlum pandemiyadan öncə planlaşdırdığını deyən xanım turist Naxçıvana da səyahət etməyi çox arzuladığını bildirdi. Naxçıvanın nədən Azərbaycanın əsas hissəsindən ayrı düşməsi, buranın təbiəti və insanların həyat tərzi onu çox maraqlandırır. Odur ki, artıq Naxçıvana gəlməklə o buranın yaşıl təbiətini, gözəl havanı, insanların sakit, rahat həyat tərziniən əsası qonaqpərvərliyi və mətbəxi çox bəyəndiyini deyir. Müqəddəs Əshabi-Kəhf Ziyarətgahında, Əlincəqalada, Açıq Səma Altındakı Muzeydə, Naxçıvan Duzdağında olarkən o gözlədiyindən artıq təəssürat almışdır. Söhbətində o, ölkəsinə qayıdarkən Azərbaycanın, Naxçıvanın gözəlliklərindən dostlarına həvəslə danışacağını bildirdi.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 14.04.2023 18:36