AZ EN RU

Rusiya XİN rəhbəri: “Qərbin tövsiyələri Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlməyib”

Qərbin tövsiyələri Cənubi Qafqazda sülhün bərqərar olmasına yönəlməyib. Qərb yalnız öz maraqlarından çıxış edir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında deyib.

“Biz yaxşı bilirik ki, qərbli dostlar Cənubi Qafqazla bağlı yaxşı məsləhətlər verirlər və bu tövsiyələr bəzən prosesin bu və ya digər iştirakçısı tərəfindən qəbul edilir. Amma Qərbin tövsiyələrinin ölkələr və regionlar arasında onların maraqlarına əsaslanan razılıq əldə etməyə deyil, öz geosiyasi məqsədlərini irəli sürməyə yönəldiyi də hamıya yaxşı məlumdur”, - o bildirib.

Nəşr edilib : 18.01.2024 14:20