AZ EN RU

Rusiya XİN “Crocus City Hall”da baş verən hadisəni qanlı terror aktı adlandırıb

Rusiya Xarici İşlər Nazirliyi hadisəni qanlı terror aktı adlandırıb.
 İlkin məlumatlara görə, yanğınsöndürənlər “Crocus City Hall”dan təxminən 100 nəfəri təxliyə ediblər.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov hadisə yerinə gedib, ölənlərin ailələrinə başsağlığı verib.
Rusiya Milli Qvardiyasının Qoşun Xidmətlərinin (“Rosqvardiya”) xüsusi bölmələrinin döyüşçüləri hadisə yerindədirlər.
Şahidlərin bəziləri atəş açanların 5 saqqallı şəxs olduğunu bildiriblər. Onların hələ də binada qaldıqları ehtimal edilir.
“112” teleqram kanalı isə hadisə nəticəsində 40 nəfərin öldüyünü, 100-dən çox adamın xəsarət aldığını yazır.
Hadisə ilə əlaqədar, həmçinin Moskvanın beynəlxalq aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib.

Nəşr edilib : 22.03.2024 23:06