AZ EN RU

Rusiya-Ukrayna müharibəsində ilk dəfə Tu-22M3 bombardmançı təyyarəsi vurulub

Rusiya-Ukrayna müharibəsində ilk dəfə Tu-22M3 bombardmançı təyyarəsi vurulub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, general-leytenant Nikolay Oleşuk bildirib.

O qeyd edib ki, bu təyyarə Rusiya hərbi aviasiyasının Ukraynanın dinc şəhərlərinə hücum etmək üçün istifadə etdiyi Kh-22 qanadlı raketləri ilə təchiz olunur.

General xatırladıb ki, Rusiya ötən gecə müxtəlif profilli raketlər və pilotsuz uçuş aparatları ilə Ukrayna ərazisinə hücum həyata keçirib:

“Qarşı tərəf ümumilikdə 36 hava hücumu vasitəsindən - 22 müxtəlif tipli raketlərdən və 14 zərbə dronundan istifadə edib”.

Nəşr edilib : 19.04.2024 11:08