AZ EN RU

Rusiya Prezidenti "Taxıl sazişi"nin bərpası üçün şərti açıqlayıb

“Taxıl sazişi”ni bərpa etməyə hazırıq”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bunun üçün Rusiyanın qida məhsullarına sanksiyaların aradan qaldırılması kifayətdir: “Əgər bu olarsa, biz sazişi bərpa edərik. Bunu həmkarıma açıq dedim”.

Nəşr edilib : 04.09.2023 18:55