AZ EN RU

Rusiya Prezidenti: Heydər Əliyev BAM layihəsinin baş tutması üçün əlindən gələni edib

Heydər Əliyev Baykal-Amur magistralı layihəsinin reallaşması üçün əlindən gələni edib.
Bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və BAM-ın veteran inşaatçıları ilə birgə görüşündə deyib.
“Heydər Əliyev xüsusi şəxsi keyfiyyəti və bacarığı ilə bu layihənin həyata keçməsində mühüm rol oynayıb”, - Putin bildirib.
Rusiya Prezidentinin sözlərinə görə, bu gün Baykal-Amur magistral xətti bütün 21-ci əsr üçün logistikanı müəyyənləşdirir.

Nəşr edilib : 22.04.2024 21:23