AZ EN RU

Rusiya ordusunun hücumları nəticəsində Ukraynanın “Tripolye İES-i tamamilə dağılıb

Bu barədə məlumatı ölkənin “Sentrenerqo” enerji şirkətinin Müşahidə Şurasının rəhbəri Andrey Qota açıqlayıb.

Onun sözlərinə görə, buna səbəb Rusiyanın ötən gecə həyata keçirdiyi genişmiqyaslı raket hücumu olub.

Məlumata görə, hazırda ərazidəki yanğının söndürülməsi istiqamətində işlər gedir.

Hücumlar nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, ötən gecə Rusiya raket və pilotsuz uçuş aparatları (PUA) ilə Ukrayna ərazisinə növbəti hücum təşkil edib. Ukrayna rəsmilərinin bildirdiyinə görə, qarşı tərəf xüsusilə, vacib infrastruktur obyektlərini hədəf alıb.

Nəşr edilib : 11.04.2024 14:09