AZ EN RU

Rusiya ordusu Ukraynanın bir neçə vilayətinə növbəti zərbələr endirib

Bu gecə Rusiya ordusu Ukraynanın bir neçə vilayətinə növbəti hava hücumları edib.

Məlumata görə, Kiyev, Vinnitsa, Sumı, Poltava, Dnepropetrovsk, Zaporojye və Xarkov vilayətləri bu dəfə əsas hədəf olub. Əsas hədəflər əsasən infrastruktur ərazilər olub.

Hava Hücumundan Müdafiə Qüvvələri Komandanlığından verilən məlumata görə, nəticədə 30 hava hədəfindən 29-u zərərsizləşdirilib. Bunlar 1 “Xəncər” aeroballistik raketi, dörd Kh-101/X-555 qanadlı raketi və 24 "Şahed" tipli pilotsuz uçuş aparatlarıdır. Dağıntıların nəticələri ilə bağlı hələ ki, rəsmi məlumat yoxdur.

Nəşr edilib : 13.06.2024 09:55