AZ EN RU

Rusiya DİN: "Dağıstanda hücumlar nəticəsində hüquq-mühafizə orqanlarının 6 əməkdaşı ölüb, 12-si yaralanıb"

Dağıstanda hüquq-mühafizə orqanlarının 6 əməkdaşı həlak olub, 12-si yaralanıb.

Bununla bağlı Rusiya Federasiyası Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Dağıstanın paytaxtı Mahaçqalada terrorçular polisə hücum edib.

Rusiya Milli Antiterror Komitəsi Respublika ərazisində əksterror əməliyyatı rejiminin tətbiq olunduğunu açıqlayıb.

Nəşr edilib : 23.06.2024 22:00