AZ EN RU

Rumıniya prezidenti NATO-nun baş katibi postuna namizədliyini geri götürüb

Rumıniya Prezidenti Klaus İohannis NATO-nun baş katibi postuna namizədliyini Niderlandın Baş naziri Mark Rüttenin xeyrinə geri götürüb.

Bu barədə Rumıniya Milli Müdafiə Şurasının bəyanatda deyilir.

“Prezident Klaus İohannis şura üzvlərini NATO-nun baş katibi postuna Niderlandın Baş naziri Mark Rüttenin namizədliyi ilə bağlı fikir bildirməyə və onu dəstəkləməklə bağlı qərar verməyə çağırıb”, - deyə bəyanatda bildirilir.

Bir müddət öncə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi ABŞ-ın da NATO-nun növbəti baş katibi postunda Mark Rütteni görmək istədiyini vurğulayıb.

Qeyd edək ki, Yens Stoltenberq 2024-cü il oktyabrın 1-dək Şimali Atlantika Alyansının baş katibi postunda qalacaq. Bu qərar NATO-nun 2023-cü il iyulun 11-12-də Vilnüsdə keçirilən sammitində təsdiqlənib. KİV bunun səbəbini namizədin müəyyənləşdirilməsi ilə bağlı çətinliklə izah edib. Şimali Atlantika Alyansının baş katibi üzv ölkələrin konsensusu əsasında təyin olunur.

Nəşr edilib : 20.06.2024 17:46