AZ EN RU

Roof Academic Training şirkətinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində (NDU) olub

Görüşdə NDU-nun rektoru Elbrus İsayev qonaqları salamlayıb ali təhsil ocağının maddi-texniki bazası, müasir tədris üsulları barədə məlumat verib. İstedadlı Gənclər üçün Təqaüd Proq­ramını yüksək qiymələndirən rektor universitetdə kadr hazırlığı sahəsində, xaricdə təhsilin əlçatanlılığında belə sosial layihələrin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

Roof Academic Training şirkətinin təsisçisi Rüfət Hüseynzadə Naxçıvan Dövlət Universitetində həyata keçirilməsi planlaşdırılan layihə haqqında ətraflı məlumat verərək qeyd edib ki,Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və BP şirkətinin dəstəkçisi olduğu “İstedadlı Gənclər üçün Təqaüd Proq­ramı” dünya səviyyəli təcrü­bə və bacarıqlar formalaşdırmaqla ölkəmizin dayanıqlı gələcəyinin qurulmasına dəstək məqsədilə yaradılıb.

Vurğulanıb ki, ötən il layihədə iştirak etmiş tələbələr Sinqapur Milli Universiteti (NUS), Nanyag, British Columbia, (UBC), Toronto, Erasmus University Rotterdam, Hong Kong, KAIST kimi dünyanın ən reytinqli universitetlərinə qəbul olunublar.

Bildirilib ki, Naxçıvan Dövlət Universitetində həyata keçiriləcək layihə çərçivəsindəxüsusilə aztəminatlı istedadlı gənclərin aparıcı beynəlxalq universitetlərdə təhsil almaq üçün yüksək keyfiyyətli hazırlıq kurslarının xərc­ləri qarşılanacaq. Qrup və fərdi şəkildə hazırlıq kurslarıtəklif olunacaq.İştirakçılar əksər beynəlxalq kollec və universitetlərin tələbə qəbulu üçün istifadə etdiyi SAT, IELTS və digər qurumların testlərinə və qəbul imtahanlarına hazırla­şacaqlar.

Sonda Roof Academic Training şirkətinin nümayəndələri birgə əməkdaşlıq məsələlərindən söhbət açıblar, gələcək perspektivlər müzakirə olunub.

Nəşr edilib : 21.11.2023 14:05