AZ EN RU

RF XİN: Rusiya üçtərəfli sazişlər çərçivəsində Ermənistan-Azərbaycan arasında hərtərəfli normallaşmanın tərəfdarıdır

Rusiya 2020-2022-ci illərdə yüksək səviyyədə əldə edilmiş üçtərəfli razılaşmalar çərçivəsində Ermənistan-Azərbaycan arasında hərtərəfli normallaşmanın tərəfdarıdır.
 Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Bu proses, o cümlədən saxlanılan bütün şəxslərin geri qaytarılması və mübadiləsi, mədəni-tarixi irs obyektlərinə ehtiyatlı münasibət, habelə itkin düşmüş vətəndaşların axtarışı üzrə ixtisaslaşmış qurumlar və ictimai təşkilatlar xətti ilə məlumat mübadiləsi kimi humanitar məsələlərin həllini nəzərdə tutur", – deyə Zaxarova əlavə edib.

Nəşr edilib : 19.06.2024 20:40