AZ EN RU

RF Prezidenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına ciddi riayət etməyə çağırıb

Moskva Azərbaycanı və Ermənistanı atəşkəs rejiminə riayət etməyə çağırır.

Rusiya Prezidenti Vladimir Putin bunu Moskvada akkreditə edilmiş səfirlərin etimadnamələrinin təqdim olunması mərasimində bəyan edib.

RF Prezidenti deyib: “Vurğulayıram ki, bizim üçün yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyətlər bizim ciddi narahatlığımıza səbəb olur. Biz hamını təmkinlilik nümayiş etdirməyə, atəşkəs rejiminə dönmədən əməl etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına ciddi riayət etməyə çağırırıq”.

V.Putin daha sonra qeyd edib ki, münaqişənin həlli yolu Rusiya tərəfindən məşvərət köməyi göstərilməklə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində birgə peşəkar iş aparmaqdır.

Nəşr edilib : 20.09.2022 16:50