AZ EN RU

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Avqustun 13-də Dövlət İmtahan Mərkəzi ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirib. 934 namizədin iştirak etdiyi imtahan saat 10:00-da başlanıb. İmtahanın idarə olunmasına 5 ümumi imtahan rəhbəri, 13 imtahan rəhbəri, 88 zal nəzarətçisi, 14 buraxılış rejimi əməkdaşı ayrılıb.

Naxçıvan Muxtar Respublikasında imtahan Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə 3 zalda keçirilib. 36 namizədin iştirak etdiyi imtahana 1 imtahan rəhbəri və 4 nəzarətçi cəlb edilib.

 

Nəşr edilib : 13.08.2023 17:28