AZ EN RU

Rəssamlarımız beynəlxalq rəsm festivalında

Türkiyə Respublikasının Rizə-çayeli Bələdiyyəsinin və Timya sənət qrupunun birgə təşkil etdiyi Beynəlxalq rəsm festivalında Naxçıvan rəssamları iştirak edib. Festivalda Naxçıvanı Rəssamlar Birliyinin üzvləri Murad Babayev və Həbib Allahverdiyev təmsil edib. Proqram çərçivəsində rəssamlar üçün 3 günlük turlar təşkil edilib. Onlar Qaradəniz bölgəsinin gözəl təbiəti, tarixi yerləri və adət-ənənələri tanış olublar. Rəssamlarımız festivalda Rizə-çayelini əks etdirən təbiət mənzərələrini akril boya ilə kətana üzərinə köçürüblər. Festivalın sonunda rəssamlarımıza iştirakçı sertifikatı və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, 28 iyul tarixində başlayan festival 7avqustda sona çatacaq.

Xəbərlər şöbəsi

Nəşr edilib : 05.08.2022 17:23