AZ EN RU

Respublika Perinatal Mərkəzin binasında yanğın hadisəsi baş verib

Respublika Perinatal Mərkəzində yanğınla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 12 briqadası hadisə yerinə cəlb olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
"Zərurət üzrə xəstəxanada müalicə alanların təhlükəsiz təxliyəsi planlaşdırılır. TƏBİB rəhbərliyi hadisə yerindədir. Əlavə məlumat veriləcək", - deyə qeyd olunub.
Həmçinin,Respublika Perinatal Mərkəzində baş verən yanğınla əlaqədar pasiyentlər təxliyə edilib.
Küvəzdə olan körpələrin təcili tibbi yardımn maşınları ilə digər xəstəxnalara aprılmasına başlanılıb.
Əraziyə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib.
Qeyd olunub ki, xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilir. Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilir. İndiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb.

Nəşr edilib : 09.01.2024 07:29