AZ EN RU

Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib

Fevralın 24-də muxtar respublikanın ümumtəhsil məktəblilərinin  şagirdləri   Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda iştirak edib.
Respublika Fənn Olimpiadalarının yarımfinal turu riyaziyyat, fizika, kimya, biologiya, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənni daxil olmaqla 7 fənn üzrə keçirilib.
Yarımfinal turunda 338 şagird iştirak edib.
Respublika Fənn Olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir.
Qeyd edək ki, RFO “Kapital Bank” ilə əməkdaşlıq əsasında həyata keçirilir.

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 24.02.2024 16:41