AZ EN RU

Respublika Fənn Olimpiadalarında qalib olan Naxçıvan məktəbliləri mükafatlandırılıb

İyulun 5-də Bakı Konqres Mərkəzində Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 
 Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, millət vəkilləri, dövlət və özəl qurumların rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil ekspertləri, şagird və valideynlər, eləcə də digər qonaqlar iştirak ediblər. 
Mərasimdə Fənn Olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə  II yerin qalibi olan  Ordubad rayon Gənzə kənd tam orta məktəbinin XI sinif  şagirdi Yaqub Rzayevə və  riyaziyyat fənni üzrə  üzrə III yerin qalibi Şahbuz rayon Kükü kənd tam orta məktəbinin XI sinif şagirdi Turqay Məmmədova da mükafatlar təqdim olunub.
Təbrik edirik!

Nəşr edilib : 06.07.2024 11:17