AZ EN RU

Rəsm sərgisində iştirak edən valideynlər təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüblər

Naxçıvan şəhər sakini Elnarə Ağayeva bildirib ki, uşaqlarımız üçün bu cür sərgilərin təşkil olunması bir valideyn kimi bizi çox sevindirir. Onların rənglər dünyasına hər kəsin nəzər salması, uşaqlarımızın bu sənətə marağını daha da artıracaq. Bu cür sərgilərin davamlı keçirilməsini arzu edir, təşkilatçılara təşəkkürümüzü bildiririk.

Digər valideyn Məsinə Məmmədova isə deyib ki, məktəbli uşaqlar üçün bu cür sərgilərin təşkili dövlətimizin uşaqlara olan qayğısının bariz nümunəsidir. Dərsdən sonra məktəblilərin asudə vaxtlarının dəyərləndirilməsində müəllimləri ilə yanaşı, biz  valideynlərin də əməyi çoxdur. Uşaqlar rəsm çəkdikcə sanki onların rəngarəng dünyaları çiçəklənir. Arzu edirik ki, gələcəyimiz olan uşaqlar sevdikləri peşə arxasınca gedib Vətənə layiqli övlad olsunlar.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 15.05.2024 19:31