AZ EN RU

"Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib

30 sentyabr 2023-cü il tarixdə Babək  rayonunun Şəkərabad  kəndində "Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib
Tədbiri Babək rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova  açıb.
 Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova  muxtar respublikada həyata keçirilən dövlət ailə, qadın və uşaq siyasətindən bəhs edib. Çıxışda ailənin möhkəm olmasında qadınların sağlamlığının qorunması, yeni nəslin sağlam doğulması və böyüməsi üçün ailə planlaşdırılması məsələsinə xüsusi diqqət verilməsi, erkən nikahların fəsadları, sağlam uşaqların doğulması üçün qadınların hamiləlik dövründə müvafiq analizlərdən keçirilməsi, nikahdan əvvəl irsi qan xəstəliklərinin, virusların yoxlanılmasının vacibliyi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
 Tədbirdə Naxçıvan Dövlət Universitetinin Ümumi təbabət və klinik fənlər kafedrasının müdiri, tibb elmləri üzrə fəlsəfə doktoru dosent  Gültəkin Əliyeva çıxış edərək uşaqların sağlamlıq imkanları məhdud olaraq doğulmasına səbəb olan əsas amillər mövzusunda slayd vasitəsilə ətraflı məlumat verib.
 Sonda suallar cavablandırılıb, maarifləndirici broşürlər paylanılıb.

 

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 30.09.2023 16:55