AZ EN RU

“Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilib

    Ordubad rayonunun Dəstə kəndində keçirilən tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açıb.
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova muxtar respublikada həyata keçirilən dövlət ailə, qadın siyasətindən bəhs edib. Çıxışda ailənin möhkəm olmasında qadınların sağlamlığının qorunması, yeni nəslin sağlam doğulması və böyüməsi üçün ailə planlaşdırılması məsələsinə xüsusi diqqət verilməsi, erkən nikahların fəsadları, sağlam uşaqların doğulması üçün qadınların hamiləlik dövründə müvafiq analizlərdən keçirilməsi, nikahdan əvvəl irsi qan xəstəliklərinin, virusların yoxlanılmasının vacibliyi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
    Ramilə Seyidova qeyd edib ki, Ordubad rayonu üzrə 18025 uşaq vardır ki, bu uşaqlardan da 158-i sağlamlıq imkanları məhdud uşaqlardır. Muxtar respublika üzrə 1909 sağlamlıq imkanları məhdud uşaqlar vardır ki, bu uşaqların da 8.27%-i Ordubad rayonunun payına düşür. Ordubad rayonunun Dəstə kəndi üzrə 21 sağlamlıq imkanları məhdud uşaq vardır ki, bu uşaqlardan 16 uşaq anadangəlmə, 5 uşaq isə qazanılma səbəbindən sağlamlığını itirmişdir. 
    Tədbirdə Naxçıvan Dövlət Universitetinin dosenti, ginekoloq Gültəkin Əliyeva çıxış edərək uşaqların sağlamlıq imkanları məhdud olaraq doğulmasına səbəb olan əsas amillər mövzusunda slayd vasitəsilə ətraflı məlumat verib.
    Sonda suallar cavablandırılıb, maarifləndirici broşürlər paylanılıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin 
mətbuat xidməti

Nəşr edilib : 22.04.2022 18:15