AZ EN RU

Replikaya cavab

    Qəzetimizin dünənki nömrəsində dərc olunmuş “Naxçıvan şəhər sakinləri yeni avtobuslarına nə zaman sahib olacaqlar?” başlıqlı replikaya Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidməti tərəfindən cavab daxil olmuşdur.     
    “Şərq qapısı” qəzetində 29 dekabr 2022-ci il tarixdə dərc edilən Naxçıvan şəhər daxilində tətbiq olunan qiymətlərlə əlaqədar Nazirlər Kabinetinin mətbuat xidməti bildirir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2022-ci il 14 mart tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri” təsdiq edilmişdir. Həmin tariflərə əsasən şəhərdaxili sərnişindaşıma (məsafədən asılı olmayaraq) 30 qəpik müəyyən edilmişdir. 
    Qərar icra üçün aidiyyəti qurumlara göndərilmişdir. Adıçəkilən Qərar 1 aprel 2022-ci il tarixindən qüvvədədir.
 

Nəşr edilib : 29.12.2022 19:08