AZ EN RU

“Rənglərin rapsodiyası” adlı fərdi sərgi keçirilib

    2 fevral – Gənclər Günü münasibətilə  Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin, Naxçıvan Gənclər Fondunun birgə təşkilatçılığı ilə Rəssamlar Birliyinin Gənclər bölməsinin üzvü gənc rəssam Özcan Babayevin “Rənglərin rapsodiyası” adlı fərdi sulu boya sərgisi keçirilib. Öncə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş gənc Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Gənclər Fondunun icraçı direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cəbi Quliyev  çıxış ediblər. 
    Bildirilib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinə böyük ehtiramın ifadəsidir ki, mükəmməl hüquqi baza yaradılıb, əsas vəzifələr və istiqamətlər müəyyən edilib. Azərbaycanda təhsilin, mədəniyyətin  inkişafı ilə bağlı həyata keçirilən tədbirlər paralel olaraq gənc nəslin öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün geniş imkanlar yaradıb.
    Diqqətə çatdırılıb ki, dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Bu sahədə muxtar respublika rəhbərinin hərtərəfli dəstəyi ilə həyata keçirilən  tədbirlər dövlət gənclər siyasətini qədim yurd yerimizdə uğurla reallaşdırır, gənclərin muxtar respublikanın sosial, ictimai-siyasi və mədəni həyatında yaxından iştirakı təmin olunur. Bugünkü sərgi də məhz bu qayğının təzahürüdür.
    Sonda Gənclər Fondu tərəfindən Özcan Babayevə ilk sərgisindən xatirə olaraq plaket, həmçinin gənclər tərəfindən hədiyyə təqdim edilib. 
    Gənc rəssam dövlətimizin hər sahədə  gənclərə yaratdığı şəraitə, göstərilən diqqət və qayğıya  görə minnətdarlığını  bildirib.
    Qeyd edək ki, ekspozisiyada rəssamın bir sıra mövzularda işlənmiş 52 sulu boya tablosu sərgilənib.
 

Nəşr edilib : 02.02.2022 19:04