AZ EN RU

Rəcəb Tayyip Ərdoğan: "Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır"

"Azərbaycanın Tehrandakı səfirliyində bir mühafizə əməkdaşının şəhid olduğu hücumu şiddətlə qınayıram".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə yazıb.

"Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılara şəfa diləyirəm. Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır", - paylaşımda bildirilib.

Nəşr edilib : 27.01.2023 17:25