AZ EN RU

Rəcəb Tayyib Ərdoğanın Kiyevə səfəri zamanı Ukrayna və Türkiyə arasında azad iqtisadi zonaya dair Saziş imzalanacaq

Ukrayna və Türkiyə fevralın 3-də azad ticarət sazişini imzalayacaqlar.

KİV-ə istinadla xəbər verilir ki, sənədin imzalanması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın fevralın 3-də Kiyevə səfəri zamanı həyata keçiriləcək.

Bildirilir ki, Türkiyə Ukrayna ilə ticarət dövriyyəsinin həcminə görə Yaxın Şərq regionu ölkələri arasında ilk yerləri tutur və Ukrayna tərəfi mal və xidmətlər bazarlarına çıxışın genişləndirilməsinə kömək edəcək iki ölkə arasında azad ticarət barədə hərtərəfli Sazişin bağlanılmasında maraqlıdır.

Nəşr edilib : 02.02.2022 15:26