AZ EN RU

Rəcəb Tayyib Ərdoğan: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Qardaş Türkiyə hər zaman Azərbaycanın yanındadır və ölkələrimiz həmrəydirlər.

 Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı bildirib.

Türkiyə Prezidenti Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar dövlətimizin başçısına, onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

Nəşr edilib : 13.09.2022 23:24