AZ EN RU

Rəcəb Tayyib Ərdoğan: Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim

Bu dəfə Sizinlə (Prezident İlham Əliyev – red.) Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyuram.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən mətbuata bəyanatında söyləyib.

“2008-ci ildəki son səfərimdən etibarən Naxçıvanın əldə etdiyi inkişafı qürurla müşahidə etdim. Naxçıvanın bugünkü səviyyəyə çatmasında böyük payı olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə bir daha ehtiramla yad edirəm”, - deyə Türkiyə dövlətinin başçısı bildirib.

Nəşr edilib : 25.09.2023 17:46