AZ EN RU

Rayonlarda Milli Qurtuluş günü qeyd edilib

Ordubad rayonunda Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib, önünə güllər qoyulub. Ordubad rayon Mədəniyyət Sarayında “Heydər Əliyev ili” çərçivəsində, 15 İyun-Milli Qurtuluş gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli çıxış edərək xalqımızın böhrandan qurtuluşunda, ölkəmizin müstəqilliyinin qorunub saxlanılması və inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışıb.

Qeyd edilib ki, zəngin idarəçilik təcrübəsinə malik, görkəmli dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində ictimai-siyasi sabitlik təmin edilib, iqtisadi tənəzzülə son qoyulub, ölkəmiz bütün sahələrdə nüfuzunu bərpa edərək, dünyada özünə layiqli yer tutub. Ulu Öndərin siyasətini uğurla davam və inkişaf etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız sabaha daha böyük inamla, uğurla irəliləyir.

Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurası Ordubad Rayon Təşkilatının sədri Fərrux Nağızadə, Ordubad şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Gülnaz Quluzadə çıxış edərək Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin möhkəmlənməsi və inkişafında misilsiz xidmətlərindən danışıblar. “Milli Qurtuluşdan intibaha” adlı sənədli filmə baxış olub. 15 İyun-Milli Qurtuluş gününə həsr olunmuş konsert proqramı şən əhval-ruhiyyə yaradıb.

***

Şahbuz rayonunda Ulu Öndər Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb. Şahbuz Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının təşkilatçılığı ilə Mədəniyyət Sarayında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün təmin olunmasında canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev çıxış edərək Prezident cənab İlham Əliyevin imzaladığı 29 sentyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamı diqqətə çatdırıb. Qeyd edilib ki, təsdiq olunmuş tədbirlər planına əsasən rayonda silsilə tədbirlər təşkil edilib. Bildirilib ki, xalqın tələbi ilə Ulu Öndərin iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı xalqımızı azərbaycançılıq ideyaları ətrafında birləşdirdi, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas etdi. Onun siyasətini layiqli şəkildə davam etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi, xalqımız şanlı Zəfəri yaşadı.

Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri Rizvan Məmmədov, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Siyatel Cəfərova çıxış edərək görkəmli dövlət xadimin xilaskarlıq missiyasından ətraflı danışıblar. Tədbir 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı ilə davam edib.

 

 

Nəşr edilib : 15.06.2023 13:27