AZ EN RU

Rayon sakinlərinin müraciətləri dinlənilib

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə və Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva Sədərək rayon sakinləri ilə görüşüblər.

Rayon İcra Hakimiyyətində təşkil olunan qəbulda vətəndaşlar bir sıra məsələlərlə bağlı müraciət ediblər. Görüşdə vətəndaşların pay torpaq sahələrinin istifadə vəziyyətində yaranmış çətinliklərin aradan qaldırılması, həyətyanı sahələrin sənədlərində dəqiqləşdirilmələrin aparılması və digər məsələlərə baxılıb, sakinlərin fikirləri dinlənilib.

Ümumilikdə, 19 rayon sakininin müraciətinə qanunauyğun surətdə baxılıb. 8 vətəndaşın müraciəti yerində həllini tapıb. Yerində həll olunması mümkün olmayan məsələlərlə bağlı müraciət edən 3 rayon sakininə müvafiq sənədləri təqdim etməklə müraciət etməsi izah olunub. 8 vətəndaşa isə qanunvericiliyin tələbləri izah olunaraq aidiyyəti qurumlara müraciət etmələri tövsiyə olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 09.02.2023 17:30