AZ EN RU

Rahid Ələkbərli Ordubad rayonunda vətəndaşları qəbul edib

Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli 23 yanvar 2024-cü il tarixdə Ordubad rayonunda vətəndaşları qəbul edib.

Rayonda göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı müraciətlərə baxılıb.

Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub və araşdırma tələb edən müraciətlərin isə həlli üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 2024-cü il üçün “İş Planına” əsasən vətəndaş qəbulunun bütün rayonlarda keçirilməsi nəzərdə tutulur. Növbəti qəbul 25 yanvar 2024-cü il tarixdə Sədərək rayonunda keçiriləcəkdir. Qəbula yazılmaq üçün Nazirliyin (036) 550 99 01 və ya (010) 230 71 65 nömrəli telefonlar vasitəsi ilə qeydiyyatdan keçmək olar.

                                                                                     Naxçıvan Muxtar Respublikası

                  Rəqəmsal İnkişaf və Nəqliyyat

  Nazirliyinin mətbuat xidməti  

Nəşr edilib : 23.01.2024 17:21