AZ EN RU

Rabitəçilərin ixtisasartırma kursları davam edir

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin 2022-ci il iş planına əsasən rabitə idarələrində işləyən rabitəçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə ixtisasartırma kurslarına cəlbi davam edir. 

    Culfa, Şahbuz və Kəngərli Rayon Rabitə idarələrinin müvafiq peşə ixtisasına malik olmayan əməkdaşları mart ayından etibarən Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil edilmiş Kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru ixtisası üzrə kurslara cəlb olunublar. Həmçinin, kursda müdavimlərə rabitə avadanlıqlarının əsasları, paylayıcı şkaf və kabel qurğularının montajı, elektrotexnika, əməyin mühafizəsi, peşə etikası barədə dərslər də keçirilir. Bir ay davam edəcək kurslara ilkin olaraq 17 müdavim cəlb olunub və növbəti 17 nəfər isə kursun ikinci mərhələsində tədrisi davam etdirəcək.
    Ordubad Rayon Rabitə İdarəsinin 11 əməkdaşı isə cari ilin fevral ayında Ordubad Texniki Peşə və Sürücülük Məktəbində ixtisasartırma kurslarına cəlb olunublar və hazırda kurs davam edir.
    Qeyd edək ki, kursları 2021-ci ilin müvafiq dövrlərində Naxçıvan şəhər, Şərur və Babək Rayon Rabitə idarələrindən olmaqla, 57 nəfər bitirib. 
    Kursu müvəffəqiyyətlə başa vuran müdavimlər sertifikatla təmin olunurlar. 

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar 
Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 05.03.2022 21:33