AZ EN RU

Rabitə xətt təsərrüfatında yenilənmə işləri aparılır

    Culfa rayonunun ucqar kəndlərində aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri çərçivəsində müasir rabitə infrastrukturu yaradılır, yeni avadanlıqlar quraşdırılmaqla əhalinin dayanıqlı rabitə, yüksəksürətli internet xidmətləri ilə təmin olunması istiqamətində aparılan tədbirlər davam etdirilir. Həmçinin istismar müddəti ərzində rabitə xətt və abunə qurğularında yaranmış nazaslıqların aradan qaldırılması istiqamətində də operativ işlər görülür. Belə tədbirlər  Əlincə kəndini də əhatə edib. Sakinlərə göstərilən rabitə xidmətlərinin keyfiyyətinin artırılması, rabitə xətlərinin texniki normalara uyğunlaşdırılması və yeni sabit telefon çəkilişlərinin aparılması məqsədilə müvafiq tədbirlər görülməkdədir. Bu məqsədlə yeni dəmir dirəklər basdırılır, rabitə xətləri texniki normalara uyğun vəziyyətə gətirilir, 1500 metrə yaxın məsafədə müxtəliftutumlu kabellər çəkilir, yararsız kabellər yenilənir, rabitə xətlərində olan nasazlıqlar aşkar edilərək bərpa olunur və digər zəruri işlər görülür.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.08.2022 18:19