AZ EN RU

Qurumlarda rəqəmsallaşmanın vəziyyəti və texnoloji hazırlığı ilə bağlı monitorinqlər keçirilib

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən muxtar respublikada fəaliyyət göstərən dövlət orqanlarında elektron xidmətlərdən istifadənin asanlaşdırılması, elektron xidmətlərin əhatə dairəsinin və rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Bununla bağlı nazirlik muxtar respublikada fəaliyyət göstərən dövlət qurumlarında monitorinqlər aparıb. Qurumların rəqəmsallaşdırılması və texnoloji hazırlıq səviyyəsi ilə bağlı mövcud vəziyyət araşdırılıb və nəticədə bir sıra qurumlarda elektronlaşma istiqamətində xeyli tədbirlərin görülməsi zərurəti meydana çıxıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə dair Tədbirlər Planının icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

                                                                 Naxçıvan Muxtar Respublikası 

Rəqəmsal İnkişaf və Nəqliyyat 

                                                              Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 08.05.2024 14:57