AZ EN RU

Quruculuq işləri rayonun görkəmini gözəlləşdirir

Muxtar respublikamızın ən böyük rayonu olan Şərurun mərkəzində və kəndlərində aparılan tikinti işləri-abadlıq işləri bölgənin görkəmini gözəlləşdirməklə yanaşı, əhalinin yaşayış şəraitini də yaxşılaşdırır. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə rayon mərkəzində Heydər Əliyev prospektində zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan 40 mənzilli yaşayış binasının təməli ötən il atılıb. Hazırda “Arkoz” İnşaat Şirkəti tərəfindən tikinti işləri davam etdirilir. Bütün mərtəbələrdə qəlib beton, hörgü işləri başa çatdırılıb, binada daxili elektrik, su, kanalizasiya və istilik xətləri çəkilib. Binanın içərisində alçı-suvaq işləri davam etdirilir.  Qeyd edək ki,  Şərur şəhərinin girişində aftovağzal binasının  yaxınlığında yerləşən istismar müddəti başa çatmış ikimərtəbəli yaşayış binalarının yerində zirzəmisi ilə birlikdə hər biri 7 mərtəbədən ibarət olacaq iki bina inşa olunur.

          Rayonda əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi üçün yeni avtovağzal binasının tikintisi də davam etdirilir. Binanın tikinti-quraşdırma işləri yekunlaşdırılıb, həyətyanı sahədə abadlıq, asfalt örtüyü və elektrik transformatorunun quraşdırılma işləri yekunlaşdırılır.  

Rayonun kəndlərində də quruculuq işləri diqqət mərkəzindədir. Belə ki, Ələkli  və Xələcdə məscid, Tənənəm  kəndində mərasim evi  inşa edilir. Tənənəm kəndində isə avtomobil yolunda  təmir işlərinin və  su xətlərinin çəkilişi davam etdirilir. Kənddəki Süleyman pirində də əsaslı təmiri işləri başa çatdırılıb. 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 15.11.2023 17:35