AZ EN RU

Qurban bayramını Batabatda qeyd edək

Batabat yaylağında Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qurban bayramı”na həsr olunan tədbir keçiriləcək.

İyulun 10-u saat 11:00-da başlayacaq bayram tədbirində Şahbuz rayonunun musiqi, rəqs və folklor qruplarının milli geyimdə ifa və çıxışları, xalq oyunları təqdim ediləcək. Eyni zamanda milli mətbəximizə məxsus nümunələr, müxtəlif şirniyyat məhsulları da hazırlanaraq tədbir iştirakçılarına təklif ediləcək. Bayram tədbirində Batabat yaylağına gələn digər rayonların oba sakinlərinin iştirakı ilə çobanlar bayramı da təşkil olunacaq.

Burada həmçinin istedadlı qadınların əl işlərinin sərgi-satışı təşkil olunacaq. Turistlər və digər qonaqlar isə yaradılan iaşə xidmətindən də yararlanacaqlar.

Nəşr edilib : 08.07.2022 14:07