“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə polkovnik-leytenantı İsa Məhərrəmovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokuroru Sənan Paşayev oktyabrın 23-də onu qəbul edərək Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmri ilə təltif olunduğu “Fəxri fərmanı” təqdim edib.
Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər edib və sonda xatirə şəkilləri çəkilib.