AZ EN RU

Qrip əleyhinə peyvənd aparılır

    Naxçıvan Muxtar Respublikasında hər il olduğu kimi, cari ildə də qrip əleyhinə vaksinasiya həyata keçirilir. Peyvəndlər risk qrupunda olan bütün tibb işçilərinə, yaşı 65-dən yuxarı olan şəxslərə, hamilələrə və 6 aydan yuxarı olan uşaqlara vurulur. Uşaq və  yeniyetmə müəssisələri, tibb işçiləri, idarə və təşkilatlarda çalışanlar  və əhalinin hər bir təbəqəsi özləri könüllü olaraq peyvənddən yararlana   bilirlər. İndiyədək 1500-dən artıq şəxs qripə qarşı vaksinasiyaya cəlb olunub.
    Vaksinasiya Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzində və rayon mərkəzi xəstəxanalarında xüsusi işçi qrupları tərəfindən həyata keçirilir. Peyvənd zamanı heç bir narahatlıq müşahidə edilməyib.

   Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.02.2022 23:04