AZ EN RU

Qrant müsabiqəsi üzrə qalib layihə Naxçıvan şəhərində reallaşdırılacaq

“Estafet” Gənclərin İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 
2024-cü il üzrə qrant müsabiqəsinin qalibi olub. 
“Şərq qapısı” xəbər verir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il üzrə müsabiqələrə müraciətdə yüksək fəallıq qeydə alınıb. Belə ki, 2024-cü ilin kiçik, orta və böyük qrant müsabiqələri üçün layihə yükləmək hüququna 737 QHT malik olub. Yekun olaraq, 754 layihə təklifi qəbul olub. Ekspertiza mərhələsindən keçən layihələrə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurası kollegial əsasda baxıb və qalib layihələrin adını açıqlayıb. Qalib layihələr sırasında “Estafet” Gənclərin İctimai Birliyinin İdarə Heyətinin sədri Arzu Qasımovun “Könüllülük pedaqogikasının öyrənilməsi” adlı layihəsi də yer alıb və layihəyə 9000 manat qrant məbləği ayrılıb.
Qeyd edək ki, layihə 2 ay ərzində Naxçıvan şəhərində reallaşdırılacaq. Layihə çərçivəsində müxtəlif mövzularda seminarlar, “Könüllülük: cəmiyyəti təkmilləşdirmək, özümüzü inkişaf etdirmək” mövzusunda konfrans və digər tədbirlər baş tutacaq.

Nəşr edilib : 18.03.2024 16:28