AZ EN RU

Qrant müsabiqənin qalibləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı reallaşdır 2023”  gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin Naxçıvandan olan qalibləri ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov çıxış edərək qalib gəncləri təbrik edib, fondun gənclər üçün yaratdığı imkanlardan, yeni yaradılan filialın fəaliyyətindən məlumat verib.

Görüşdə ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, Naxçıvanın ictimai-siyasi həyatında gənclərin iştirakından söhbət açılıb.

Vurğulanıb ki, ilk dəfə 12 layihə qrant müsabiqə çərçivəsində Naxçıvanda həyata keçiriləcək. Qalib layihələr bir-birindən maraqlı, innovafiv və öyrədicidir. Bu da Naxçıvanda gənclər üçün böyük şansdır.

Sonra gənclərə müqavilə prosesi və digər lazımi informasiyalar çatdırılıb.

Sonda gənclərin çıxışları dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Bülbül QULİYEVA

Nəşr edilib : 01.05.2024 18:19