AZ EN RU

“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 555 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 555 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 234; 2009, № 5, maddə 319; 2010, № 2, maddə 80; 2014, № 2, maddə 112) 1.2-ci bəndində “Energetika Nazirliyi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 mart 2023-cü il

Nəşr edilib : 10.03.2023 16:04