AZ EN RU

Qitə birinciliyində uğurlu debüt

Milli komandımızın heyətində çıxış edən Naxçıvan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyinə qələbə ilə başlayıb. 54 kq çəkidə mübarizə aparan idmançı Françesko Crucillanı (İtaliya) məğlub edib. O, 1/16 final çərçivəsində baş tutan döyüşdə 3:2 (29:28, 29:28, 28:29, 29:28, 28:29) hesabı ilə qalib gəlib. Kərimli ikinci qarşılaşmasında şotlandiyalı Yakub Naismitlə üz-üzə gələcək.

Nəşr edilib : 24.07.2023 11:48