AZ EN RU

“Qış məktəbi” başa çatıb

    Ağbulaq İstirahət Mərkəzində Gənclər və İdman Nazirliyi, Gənc­lər Fondu, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi və Həmkarlar İttifaqları Şurası tərəfindən “Qış məktəbi” layihəsinə uyğun olaraq sayca ikinci düşərgə təşkil olunub. 
    Gənclər və idman naziri Ramil Hacı, Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımovun iştirakı ilə layihə çərçivəsində gənclərlə növbəti görüş keçirilib. Səmimi söhbət zamanı iştirakçıların fikir və təklifləri dinlənilib, müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb. 
    Düşərgə müddətində “Numizmatika elmi” mövzusunda seminar, həmin mövzuda intellektual yarışma, “Kənd turizminin təbliği” adlı müsabiqə, bədii yaradıcılıq gecəsi, “Nə? Harada? Nə zaman?” intellektual oyunu, tanışlıq və diskussiya xarakterli görüş keçirilib, iştirakçılar tərəfindən yumoristik səhnəciklər nümayiş edilib. “Qış məktəbi”ndə fərqlənən komandalar sertifikatla təltif olunublar. 

Naxçıvan Muxtar Respublikası
 Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 15.02.2022 19:27