AZ EN RU

“Qış liderlik məktəbi”nə start verilib

    Bununla əlaqədar olaraq Ağbulaq İstirahət Mərkəzində Yeni Azərbaycan Partiyasının gənc fəalları üçün 3 günlük düşərgə təşkil olunub. Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə reallaşan “Qış liderlik məktəbi”ndə partiyanın müxtəlif sahələrdə fəaliyyət göstərən 30 gənc üzvü iştirak edir. 
    Düşərgənin ilk günündə Bakı şəhərindən dəvət olunmuş təlimçi Fəxri Məhəmmədzadə tərəfindən “Effektiv komanda işi”, “Liderlik və təsirli ünsiyyət” mövzularında təlim keçilib, komanda quruculuğu oyunları təşkil olunub. Gənclər gün ərzində layihənin əyləncəli açılış tədbirində iştirak edib, “Prezident. Təkrarsız diplomatiya” sənədli filmini izləyiblər. 
    Qeyd edək ki, düşərgə müddətində təlimlər davam etdiriləcək, poeziya saatı,  intellektual yarışmalar, seminarlar, müzakirələr təşkil olunacaq, fərqlənən iştirakçılar sertifikatla mükafatlandırılacaq.    

Naxçıvan Muxtar Respublikası Gənclər və
 İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 23.02.2022 18:34