AZ EN RU

Qış imtahanı sessiyası başlayıb

Naxçıvan Müəllimlər İnstitutunda 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlamışdır. Sessiya yanvarın 7-dən, 31-dək davam edəcək.

İnstitutda imtahan  sessiyasının gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ  Qərargah və Münaqişə Komissiyası yaradılıb. Operativ Qərargah sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə,  rəy və təklif qutusu vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək.

İmtahan sessiyasının ilk günü institutun rektoru Azad Novruzov və Operativ Qərargahın üzvləri imtahanların gedişi vəziyyəti ilə yaxından tanış olub, tələbələri maraqlandıran sualları cavablandırıb, apelyasiya komissiyası və komissiyaya müraciət qaydaları haqqında tələbələri məlumatlandırıblar.

Nəşr edilib : 07.01.2024 19:46